Rəssamlar duelə çıxdı - FOTOLAR

01.09.2015 09:59     Artreaksiya     3131

Rus rəssamı Vladimir Zvyaqinin təşəbbüsü ilə “Rəssamların dueli” adı altında layihə hazırlanıb. Layihə əsnasında portret çəkən rəssamlar rəsm duelinə çıxacaqlar. Hansısa rəssam öz həmkarının rəsmini çəkib özünə göndərəcək və qarşılığında da cavab olaraq həmin rəssam rəsmini çəkənin protretini çəkməlidir.

Reaksiya.az-a bu barədə azərbaycanlı rəssam, Aktivist Sənətçilər Birliyinin Azərbaycan bölməsinin rəhbəri Nəvai METİN məlumat verib.

O, Rusiyada başladılmış bu duelə başqa ölkələrdən olan rəssamların da qoşulmasını təmin etdiyini bildirib: “Azərbaycanlı rəssam dostum Rakif İsmayılov bu duel proyektinə qoşulmuşdu və məni də dəvət etdi. Mən də təşəbbüs göstərərək layihəyə Rusiya, Azərbaycanla yanaşı Bolqarıstan və Türkiyə rəssamlarının da qoşulmasına nail oldum. Bu layihə yeni başlasa da böyük zaman çərçivəsində davam edəcəyi gözlənilir. Layihənin duel adlandırılması nisbi xarakter daşıyır, deyırdim ki, bu duel yox dostluq yarışmasıdır. Bu dostluq yarışması hansısa rəssamın yox, sənətin, dostluğun qalib gəlməsi məqsədilə gerçəkləşdirilir”.

Rəssam Nəvai METİN onu da əlavə edib ki, layihə çərçivəsində Rusiya, Azərbaycan və Türkiyədə sərgilər təşkil olunacaq və çəkilmiş portretlər həmin sərgilərdə nümayiş olunacaq.

Xatırladaq ki, layihəyə indiyə qədər Vladimir Zvyaqin, Aleksey Toçin, Kostadin Koçeto, Rakif İsmayılov, Nəvai METİN kimi portret ustası olan rəssamlar qoşulublar.

 

Şərhlər