18 yaşında böyük şöhrət qazanan Beyons - VİDEO

04.09.2015 13:11     Artreaksiya     2711

Beyons əldə etdiyi nailiyyətlər və səhnədə eyni anda canlı mahnı oxuyub, rəqs edə bilən tək müğənni olması ilə Forbes, Billboard kimi jurnallar tərəfindən “Queen B” ləqəbini alıb

Bu gün amerikalı müğənni Beyonsun ad günüdür.

Müğənnilikdən əlavə stilist, maneken, rejissor, aktyor, yazıçı, prodüser kimi fəaliyyət göstərən Beyons 34 yaşını qeyd edir.

16 yaşında səhnələrə ilk addımını atan müğənni 1997-ci ildə qurulan və dünyanın ən çox albom satan qız qrupu olan “Destiny's Child” adlı qrupun lideri və qurucusu olaraq dünya səviyyəsində  18 yaşındaykən böyük şöhrət qazanır.

Dünyanın ən güclü qadın vokalları arasındadır və bütün zamanların ən yaxşı 7-ci vokalı olma xüsusiyyətini daşıyır. Billboard Hot 100 listində 36 həftə ilə ən uzun müddət 1 nömrədə qalan qadın sənətçidir.

Beyons “Dangerously in Love” adlı ilk albomu 2003-cü ilin ən müvəffəqiyyətli albomları arasında yer alır. Albomdan çıxan “Crazy in Love” və “Baby Boy” mahnıları 10 həftəyə yaxın siyahılarda 1 nömrədə qalmış və bu müvəffəqiyyət, 2004-cü ildə qazandığı 5 Grammy mükafatı ilə nəticələnib.

Beyons  “B'Day”i 2006-cı ildə çıxan 2-ci albomu Billboard'da ilk həftədə 1-ci nömrəyə qalxır və o ilin ən çox satılan albomu olur. Albomda yer alan “Irreplaceable”, “Deja Vu”, “Ring the Alarm” və “Beautiful Liar” siyahılarda ən üst yerlərdə qərarlaşır və Şakira ilə duet etdiyi “Beautiful Liar” mahnısı, Billboard Hot 100-də 98 nömrədən 3 nömrəyə sıçrayaraq Billboard tarixinin ən böyük sıçrayışlardan birini həyata keçirir.

Beyons əldə etdiyi nailiyyətlər və səhnədə eyni anda canlı mahnı oxuyub, rəqs edə bilən tək müğənni olması ilə Forbes, Billboard kimi jurnallar tərəfindən “Queen B” ləqəbini alıb.

Beyons 2008-ci ildə 3-cü solo albomu olan “I Am ... Sasha Fierce”i çıxarır. Bu albom da sənətçinin digər albomları kimi Billboard'a 1 nömrədən daxil olur. Albomun ən çox danışılan mahnısı “Single Ladies” həftələrcə siyahıların üst sıralarında qalaraq Rolling Stones tərəfindən də 2008-ci ilin mahnısı olaraq seçilmişdir. Albomdan çıxan digər “If I Were a Boy”, “Diva”, “Ego” “Halo” və “Sweet Dreams” mahnıları da siyahılarda müvəffəqiyyətli olmuşdur. 2009-cu ildə isə Billboard tərəfindən “İlin Qadını” seçilib.

2010-cu ildə Beyons Lady Gaganın "Telephone" mahnısında onunla birlikdə oxuduğu duet, dünyanın ən çox satılan qadın duetidir.

Beyons 2011-ci ildə “4” adını verdiyi 4-cü albomunu çıxarır. Albomun ən bəyənilən və ən çox gündəmdə qalan mahnısı “Run the World (Girls)” olur. Bu albom ilə o heç vaxt 1 nömrə olmadığı ölkələrdə belə nömrə 1 olmağı bacarır. Alboma bu  adı verməsinin səbəbi isə Beyonsun uğurlu rəqəminin 4 olmasıdır.

Öz adını daşıyan “Beyonce” albomunu isə 2013-cü ilin 13 dekabrında heç bir promosyon etmədən, birdən-birə çıxaran müğənninin albom ilk öncə iTunes üzərindən satışa çıxarılıb və Azərbaycan da daxil olmaqla 130-dan çox ölkənin iTunesında 1-ci yerə çıxıb.

Beyons 2008-ci ildə amerikalı repçi Jay Z ilə evlidir və onların Blue İvy adlı 2 yaşlı bir qızı var.

 

Şərhlər

Çox oxunanlar