Bu gün Habil Əliyevlə vida mərasimi keçiriləcək

09.09.2015 00:32     Artreaksiya     2247

Uzun sürən xəstəlikdən sonra evində vəfat etmiş  xalq artisti, məşhur kaman ustası Habil Əliyevlə vida mərasimi keçiriləcək.

Reaksiya.az xəbər verir ki, mərasim sentyabrın 9-da saat 11.30-dan 14.00-dək Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. 

Bu barədə xalq artistinin yaxınları bildirib.

Məlumata görə, xalq artisti I Fəxri Xiyabanda dəfn olunacaq.

Şərhlər