“Kurdlar Vadisi Pusu”ya baxanlara şad xəbər - VİDEO

09.09.2015 15:14     Artreaksiya     4283

Türkiyənin “Kurdlar Vadisi Pusu” serialı artıq bir fenomendir.

“Kanal D”nin ən iddialı serialı yeni yayım dönəminə sürpriz transferlərlə girir. Defne Samyeli də bundan sonra serialda rol alacaq.

Reaksiya.az xəbər verir ki, “Kurdlar Vadisi Pusu”nun sentyabr ayında yayımlanacaq olan ilk hissəsinin anonsu çıxıb.

“Qurdlar Vadisi Pusu” ötən il 18 sentyabrda başlamışdı.

Polad Ələmdar bu il özünü bir-birindən müxtəlif çətin vəzifələrdə və macəralarda tapacaq. 11 ildir Abdülhey xarakteri ilə qarşımıza çıxan Kənan Çoban yeni mövsümdə “Kurdlar Vadisi”nə qayıda biləcəkmi?

“Pana Film”in çəkdiyi və baş rollarda Necati Şaşmaz, Cahit Kayaoğlu və Ali Buhara Mete kimi mühüm adların yer aldığı "Kurdlar Vadisi Pusu"nun yeni mövsüm çəkilişləri davam edir.

Əfsanə serialının aktyor heyətinə bu mövsüm, özünü həm aktyor, həm də xəbər aparıcısı kimi tanıdığımız Defne Samyeli də daxil olur.

Samyeli agent Zeynəbi canlandıracaq.

Serial sentyabrda 13-cü mövsümü ilə “Kanal D” ekranlarında olacaq.

Polad Ələmdar və dəstəsi yeni mövsümdə də Türkiyəni qarışdırmaq istəyən xarici və daxili qüvvələrə qarşı mübarizəsinə qaldığı yerdən davam edəcək.

Şərhlər

Çox oxunanlar