Londonda bu tanınmışlar mükafat aldı - SİYAHI

11.09.2015 11:05     Artreaksiya     2436

“GQ Men of the Year 2015” mükafatının sahibləri bəlli olub.

Reaksiya.az xəbər verir ki, İngiltərənin “GQ” jurnalı tərəfindən ənənəvi olaraq hər il keçirilən və ilin kişilərinin seçildiyi "Men of The Year" mükafat mərasimi Londonda baş tutub.

“GQ” jurnalı 2015-ci ildə uğurları və tərzləri ilə diqqət çəkən kişiləri və “ilin qadını”nı seçib.

 Mükafat mərasimi Londondakı “Royal Opera House”da keçirilib.

 Mərasim dünyaca məşhur adları bir araya gətirib.

 

Emilia Clarke  gecədə “ilin qadını” mükafatını aldı.

 

Formula 1 pilotu Lewis  Hemilton gecədə "ilin idman adamı" mükafatını aldı.

 

Model Jourdan Dunn paltarıyla gecədə göz qamaşdırdı.

 

The Rolling Stones qrupu üzvləri Wood və Keith Richards gecədə həyat yoldaşları ilə iştirak edib. Keith Richards (sağda) “ilin əfsanə adı” mükafatını aldı.

 

Naomie Harris və Alicia Rountree

 

Daisy Lowe və Ella Catliff

İngilis maneken David Gandy “ilin stil sahibi” oldu. Gandy bir televiziya proqramındakı model yarışmasını qazandıqdan sonra şöhrət əldə edib. Uzun müddət Dolce&Gabbana üçün bir maneken kimi bir çox kompaniya və defiledə yer aldı.

 

İngilis müğənni və şair Ceyms Bay “qeyri-adi musiqiçi” mükafatını aldı. Sağda model Amber Le Bon.

 

Erin O'Connor və Matilde Mourinho

 

Qremmi mükafatlı İngilis müğənni Sam Smit “ilin solo ifaçısı” mükafatını qazandı.

Mükafat qazananlar:

İlin lideri: Paul Rudd
İkon yaradıcısı: Marc Newson
Redaktorun seçimi: Jose Mourinho
Dizayner: Kim Jones
İlin qeyri-adi dizayneri: Christopher Raeburn
Televiziya adamı: James Corden
Uğur mükafatı: Stuart Broad
Vertunun qeyri-adi aktyoru: Jack O'Connell
İlin qadını: Emilia Clarke
Hugo Boss “İlin stil sahibi”: David Gandy
Qeyri-adi musiqiçi: James Bay
Mədəni ikon: J.J. Abrams
İlin siyasətçisi: George Osborne
Solo artist: Sam Smith
İlin aktrisası: Will Ferrell
İlin yeni adamı: Giorgio Moroder
İlin idman adamı: Lewis Hamilton
İlin əfsanə adı: Keith Richards

Şərhlər