Məşhurların unudulmayan səhvləri

16.09.2015 14:48     Artreaksiya     2443

Şou dünyasının məşhurları nə qədər yaxşı və ya yardımsevər olmağa çalışsalar da etdikləri ən kiçik bir səhv belə illərlə unudulmur. Bəlkə də sırf bu qədər məşhur olduqları üçün ən kiçik hərəkətləri belə nəsillər boyu danışılır. Üstəlik hər fürsətdə üzlərinə vurulur.

Məşhurlar heç vaxt unudulmayan və heç vaxt bağışlanılmayan səhvləri

Mesajlar mətbuata yayıldığı zaman

Ceyms Franko son dövrün ən sevilən aktyorlarından biridir. Amma bir neçə il əvvəl 17 yaşındakı gənc bir qızla virtual aləmdə yazışması mətbuata yayıldı. Nə zaman Franko ilə bağlı bir hadisə olsa həmin hadisə yenidən gündəmə gəlir. 35 yaşlı Franko İnstagramda yazışdığı 17 yaşlı gənc qızdan telefon nömrəsini istəyir, ondan harada qaldığını və onunla görüşmək istəyib istəmədiyini soruşur. Bu yazışmaların görüntüləri və məzmunu mətbuata əks olunur. Aktyor nə qədər üzr istəsə belə heç bir işə yaramır.

O öpüş heç zaman unudulmadı

Ancelina Jolie dünyanın ən xeyriyyəçi simalarından biridir. Kasıb ölkələrdən uşaq övladlığa götürür, dünyanın dörd bir tərəfindəki yoxsul insanlar üçün yardım toplayır. İllərdir Birləşmiş Millətlər Təşkilatının Xoşməramlı Səfiri kimi də fəaliyyət göstərir. Amma 2000-ci ildəki Oskar mərasimində qardaşı ilə öpüşdüyünə görə çox tənqid edilib və aradan keçən illərə baxmayaraq bu hadisə heç vaxt unudulmayıb.

İki qadınla görüntüləri ortaya çıxdı

1988-ci ildə aktyor Rob Lowenin adı bir qalmaqalda hallandı. gürcüstanda 16 və 22 yaşlarında iki qadınla görüşən Lowe onlarla bir gecə keçirir. Bu gecənin təfərrüatlarını əks etdirən və gizli çəkilən video ortaya çıxanda isə aktyor çox ağır günlər keçirir. Gürcüstanda 16 yaşında bir qız  yetkin kimi qəbul edilsə də, Rob Loweni bu hərəkətinə görə hamı günahlandırıb.

Təcavüz ittihamı

Son dövrdə Bill Cosby isə illər işlədiyi iddia edilən təcavüz ittihamları ilə gündəmdədir. Azı hər gün başqa-başqa qadınlar qadın qəzetlərə müsahibə verərək Cosbynin gənclik illərində ona təcavüz etdiyini söyləyir. İndiyə qədər bu qadınların sayı 40-a çatıb. Bill Cosby bu ittihamlara görə cəza almasa belə, bir çox insan onu günhalandırır.

Şərhlər