Mutlu Kaya xəstəxadan evə buraxıldı

17.09.2015 13:05     Artreaksiya     2379

Türkiyənin Diyarbəkir şəhərinin Ergani rayonunda silahlı hücüm nəticəsində xəstəxanaya yerləşdirilən 19 yaşlı Mutlu Kaya müalicəsinin ardından evinə qayıdıb.

Reaksiya.az xəbər verir ki, mayın 18-dən xəstəxada olan Kayanın müalicəsinə yenə davam ediləcək.

Mutlu Kayanın anası qızının 3 illik çətin müalicə prossesindən keçəcəyini bildirib: "Mutlu müalicə prosesində çox yorulub. Ona görə də həkimlər 3 aylıq fasilə veriblər. 3 aydan sonra yenidən müalicəyə başlayacaq. Hazırda çox xoşbəxtəm. Qızım ölümlərdən qayıtdı. Bir ana olaraq dünyalar mənim oldu”.

Danışmaqda çətinlik çəkən Mutlu Kaya sağalacağına ümüd etdiyini bildirib: “Hələ də şokdayam, yaşadıqlarım yuxu kimi gəlir. Həkimlər sağalacağımı deyib. Əvvəlkindən daha yaxşı olmaq üçün mübarizə aparacağam". 

Şərhlər

Çox oxunanlar