“Kurtlar Vadisi Pusu” bu gün başlayır - VİDEO

17.09.2015 13:27     Artreaksiya     2628

Türkiyənin populyar teleserialı olan “Kurtlar Vadisi Pusu" üçün geri sayım başa çatıb.

Reaksiya.az xəbər verir ki, əfsanəvi serial bu axşam yeni mövsümdə ilk bölümüylə “Kanal D” ekranında Bakı vaxtı saat 22.00-da olacaq.

Polad Ələmdar bu il də özünü bir-birindən müxtəlif çətin vəzifələrdə və macəralarda tapacaq. Ən çox maraq edilən suallardan biri də 11 ildir Abdülhey xarakteri ilə qarşımıza çıxan Kənan Çobanın yeni mövsümdə “Kurtlar Vadisi”nə qayıdıb qayıtmayacağıdır.

Heyətdən ayrılanlar isə Bilgehan Birincioğlu və Alim Müzəffərdir.

Defne Samyeli ilə Ertan Saban serialda yeni rol alıb.

Şərhlər