Dünya rəssamları bir tabloda görüşdü

19.09.2015 15:15     Artreaksiya     4848

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyə Aktivist Sanatçılar Birliyinin Azərbaycan bölməsinin rəhbəri Nəvai Metin rəssamlıqda yeni bir layihəyə imza atıb.

Reaksiya.az xəbər verir ki, Nəvai Metin bir tabloda azərbaycanlı rəssamlarla yanaşı türk, rumun, rus, amerikan, italyan, yapon və sair millətlərdən olan 30 rəssamın portretini  yaradıb.

Rəssam bildirir ki, bu tablo “Rəssamların dueli” adlı rəsm yarışmasına həsr edilib: “Komple portret mənim çoxdankı arzum idi. Neçə dəfələrlə bu arzumu reallaşdırmışam, ancaq ilk dəfə idi ki, bu qədər rəssamı bir arada toplamağa qərar verdim. Və nəhayət 30 rəssamın portretini bir tabloda çəkdim. Tabloda əsasən yarışmada iştirak edən rəssamların obrazları yer alıb. S.Bəhlulzadə, Ağəli İbrahimov, Asif Azərelli, Fərman Qulamov, S.Dali, Van Qoq, L.Davinci, Navasaki Nagi, Kostabin Koçito, Ethem Baymak, Çoban rəssam, Vladimir Zvyagin, Aleksey Toçin və başqalarını bu tabloda görüşdürmüşəm. Sevinirəm ki, bu ideya çox maraqla qarşılandı və bu işə maraq günü-gündən artır”.

Qeyd edək ki, “Rəssamların dueli” adlanan beynəlxalq rəsm yarışması rus rəssam Vladimir Zvyagin tərəfindən təşkil edilib. Yarışmaya qatılan dünya portret rəssamları qarşılıqlı olaraq bir-birilərinin portretlərini çəkirlər.

Nəvai Metin son olaraq onu da bildirib ki, tabloya daha 6-7 rəssamın portretini də əlavə edəcək: "Tabloda, ümumilikdə 40 rəssamın obrazı canlanacaq". 

Şərhlər