"Beatles"ın ilk müqavilə sənədi 75 min dollara satıldı

21.09.2015 04:21     Artreaksiya     1796

Dünya şöhrətli britaniyalı "Beatles" qrupunun səsyazma studiyası ilə ilk müqaviləsi dünən Nyu-York şəhərində hərraca çıxarılıb. ANS PRESS-in məlumatına görə, "Heritic" hərracına çıxarılan müqavilə sənədi 75 min dollara satılıb. Hərrac evi sənədin satışından 150 min dollar əldə etməyi planlaşdırsa da, bu proqnoz özünü doğrultmayıb. 

6 səhifəlik müqavilə 1961-ci ildə kvartetin Almaniyada çıxışı zamanı bağlanıb. Müqaviləni Con Lennon, Pol Makkartni, Corc Harrison və Pit Best imzalayıb. Həmin vaxt qrup "Beatles" deyil, "Tony Sheridan and the Beat Brothers" adlanırdı. Həmin müqaviləyə əsasən, məşhur qrupun Almaniyada yalnız bir sinqlı - "My Bonnie" sinqlı işıq üzü görüb. 

Şərhlər