Burakın vəziyyəti ağırlaşdı - Serial çəkilişi dayandı

21.09.2015 11:02     Artreaksiya     2424

Yeni serialı "Kara Sevda"nın çəkilişlərinə davam edən Burak Özçivit bel ağrılarına görə təcili xəstəxanaya aparılıb.

Reaksiya.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, əməliyyat olunan aktyor 6 gün sonra çəkiliş meydançasına dönüb. Neslihan Atagüllə baş rolu paylaşdığı serial üçün gərgin iş rejimində olan aktyor 4 gün xəstəxanada, sonra isə anasının evində dincəlib.

Yenidən çəkilişlərə başlayan Burak növbəti dəfə özünü yaxşı hiss etmədiyi üçün həkim məsləhəti ilə bir həftəlik istirahət götürüb. Serialın yaradıcı heyəti də bu səbəbdən çəkilişlərə 10 gün fasilə verib.

Şərhlər

Çox oxunanlar