Azərbaycanlı heykəltaraş fəxri ada layiq görüldü

21.09.2015 14:42     Artreaksiya     2878

Azərbaycanlı heykəltaraş Zeynalabdin İskəndərov Roma Rəssamlıq  Akademiyasının  Fəxri Professoru adına layiq görülüb.

Roma Rəssamlıq Akademiyasının Prezidenti dünya şöhrətli heykəltaraş Alfio Monjelli azərbaycanlı heykəltaraş Zeynalabdin İskəndərovu Roma  Rəssamlıq  Akademiyasının  Fəxri  Professoru  adına  layiq  görülməsi  barədə  sərəncam  imzalayıb. 

Sərəncamda  deyilir: “Zeynalabdin İskəndərov İtaliya  və   Azərbaycanın  incəsənətinə, mədəniyətinə  verdiyi  töhfələrə görə Roma Rəssamlıq Akademiyasının Fəxri Professoru adına layiq görülsun”.

Roma Rəssamlıq Akademiyasının Prezidenti  Alfio  Monjelli Zeynalabdin  İsgəndərova  yaradıcılığına  görə təşəkkürünü bildirib.

Zeynalabdın  İsgəndərov  ona  göstərilən  yüksək  giymətə  görə Monjelliye dərin minnətdarlıq edib.

Şərhlər