Yeni Ceyms Bond kim olacaq?

24.09.2015 10:02     Artreaksiya     2189

David Beckham Yeni Ceyms Bond ola bilər.

Reaksiya.az xəbər verir ki, “Sabahınız xeyir Britaniya” adlı televiziya proqramına qonaq olan ulduz futbolçu Devid Beckhamdan yeni Ceyms Bond olma ehtimalı soruşulub.

Məşhur idmançı "Mənimlə hələ danışıqlar aparılmıyıb amma adımın bu yöndə hallanması sevindirici haldır” - deyib.

Beckham “Sean Conneryinin yanında oturmuşdum, onun böyük fanatıyam. Çiyninə vuraraq, "Bilirsinizmi növbəti rola hazıram!” deməkdən özümü güclə saxladım" - deyə əlavə edib. Kino dünyasına çox uzaq olmayan Beckham daha əvvəl rejissor Qay Ritchie ilə işləyib və Harvey Keitel ilə bərabər bir kiçik həcmli filmdə rol alıb.

Qeyd edək ki, daha öncə David Beckham fanatları ulduz futbolçunun Ceyms Bond roluna seçilməsi üçün sosial mediada bir kampaniya başlatmışdılar. Ceyms Bond seriyasının yeni filmi “Spectre” üçün mahnı bəstələyən və oxuyan Sam Smit də Beckham fanatlarına dəstək vermişdi.

Şərhlər

Çox oxunanlar