“Atalıq duyğusunu hər kəsə tövsiyə edirəm” - N.Şaşmaz

25.09.2015 13:13     Artreaksiya     2470

Şəxsi həyatı ilə bağlı səmimi etiraf edən məşhur aktyor "Övlad iki insanın arasındakı sevginin əksidir. Atalıq duyğusunu hər kəsə tövsiyə edirəm" deyib.

Qurban Bayramına görə bir qəzetə müsahibə verən  Necati Şaşmaz uşaqlığındakı bayramlardan söz açıb, rol aldığı “Qurdlar Vadisi” serialı bağlı da səmimi etiraf edib.

-Bayram deyəndə ağlınıza ilk nə gəlir?

-Sülh və bərabərlik.

-Sizin uşaqlığınızın bayramlari necə olub?

-Uşaqlığımda bayramlarda qonaqları həyəcanla gözlədiyimizi və evimizin hər zaman çox böyük olduğunu xatırlayıram. Bu birləşdirici ənənənin bizi biz edən elemntlərdən biri olduğunu hesab edirəm.

-Bayramla bağlı unutmadığınız bir xatirəniz varmı?

-İki küskün insanı bayram münasibətilə barışdırmağa müvəffəq olmadım və onlardan daha xoşbəxt olmuşdum.

 -İndi bayramlar necə başlayır sizin üçün?

-Bayram namazına başlayıram. Ümumiyyətlə bayramlarda böyüklərimizin yanında olmağa çalışırıq.

-Bayramı istirahət fürsəti kimi görənlərdənsiniz, yoxsa bu məsələdə adətsevərmisiniz?

-Çox işləyən insanların bayramı istirahət kimi qiymətləndirmələrini haqlı sayıram. Ancaq mənim adətsevər davranışım var.

-Bu qədər işin çoxluğundan ailənizə vaxt ayıra bilirsinizmi? Ailənizlə ən çox nələr etməkdən kef alırsınız?

-Fürsət tapdıqca ailəmlə xaricə səyahət edirəm. Həyat yoldaşımla mənim musiqiyə bağlılığımız var. Bu istəyimizi oğlum Əli Nadirlə də bölüşürük. Fürsət tapdıqca birlikdə musiqiyə qulaq asırıq.

-Bayramla bağlı bir mesajınız varmı?

-Özümüzün arzu və istəkləririmizi yox etmədən qurban kəsmək, yalnız bir əmri yerinə yetirməkdir. Biz bu bayramda içimizdəki kin və intiqam hisslərini qurban etməliyik.

“POLADI ÖZÜM SƏSLƏNDİRMƏYƏCƏYƏM”

-Gələk “Qurdlar Vadisi Pusu”ya. Serialın 13 mövsümdür öz günündə, öz saatında davam edib hələ də zirvədə yer almasını nəyə bağlayırsınız?

-13 mövsümdür bu iş üçün əmək sərf edən, izləyən, izlətdirən hər kəsin bu işə inanmasıdır. Kanal D-yə də bizə göstərmək istədiklərimizi paylaşma imkanı təqdim etdiyi üçün təşəkkür edirik.

-Bu qədər fenomen bir işin həm quruluşunda, həm yaradıcılıq işində, həm də baş rolunnda oynamaq necə bir duyğudur? Çox çətin deyilmi, bu tempə necə dözürsünüz?

-Bunun Allahın lütfü olduğuna inanıram. Həyat yoldaşımın, dostlarımın və övladımın varlığı məni ən çox motivasiya edən faktorlardır.

-Təxminən 400-cü serialda iştirak edirsiniz. Bunun nə kimi çətinliklərini yaşayırsınız?

-Əlbəttə ki, bu işin üstünlükləri olduğu kimi, çətinlikləri də var.Serialın populyarlığının artması ilə yanaşı şəxsi həyatımda bəzi fədakarlıqlar etmək məcburiyyətində qaldım. Ancaq işimi sevərək etdiyim üçün o çətinliklər mənə fürsət olaraq geri qayıtdı.

 -Öz səsləndirməyi etmək istəyirsinizmi?

-Artıq yox. İllər əvvəl istəmişdim, amma tamaşaçı Poladı bu şəkildə qəbul etmədiyi üçün lazım olduğunu düşünmürəm.

“BU BAYRAĞI GÜVƏNDİYİM BİR ƏLƏ TƏSLİM ETMƏKDƏN XOŞBƏXT OLARAM”

-Yeni mövsümün hazırlıqlarına çəkilişlərdən nə qədər əvvəl başlayırsınız?

-Əvvəlki mövsüm hələ bitmədən növbəti mövsümün hazırlığını edirəm mən.

-Heyətə yeni adlar daxil oldu. Bu mövsüm tamaşaçını nə kimi sürprizlər gözləyir?

-Yeni oyunçular "Qurdlar Vadisi" serialına aktyorluqları və səmimiyyətləri ilə daxil oldular. Tamaşaçımız də onları mənimsəməsinə həmçinin sevindim. Bu mövsüm inanın "Qurdlar Vadisi" Polad Ələmdar üçün sürprizlərlə dolu olacaq.

-Serialda hamıdan imtina edilir, bir tək Polad Ələmdar tam öldü deyərkən yenə kəfəni cırır. Polad olmasa, "Qurdlar Vadisi" olmazmı?

-Tamaşaçının bu hissi hələlik dəyişməyib. Dəyişsə, əlbəttə ki, yeni adlarla də davam edə bilərik. Belə bir şey ola bilərsə, ən çox mən xoşbəxt olaram. Bu, bir bayraq yarışıdır. Mən bu bayrağı güvəndiyim bir ələ təslim etməkdən xoşbəxtlik duyaram.

-Ötən mövsüm Andi Garcianin iştirakı çox danışılmışdı. Bu mövsüm da seriala məşhur biri daxil olacaqmı?

-Əlbəttə, bəzi planlarımız var, amma sürpriz olaraq qalsın.

"ŞƏRTLƏR ƏL VERƏRSƏ, DÜNYANIN HƏR YERİNDƏ ÇƏKİLİŞ EDƏ BİLƏRİK”

-Bu arada, nə üçün çəkilişlərə Kiprdə başlanıb. Bunun özəl bir səbəbi varmı?

-Kipr bütün dünya ölkələri üçün strateji əhəmiyyətə malikdir. Keçmişdən gələn bağlar və hal hazırdakı mövqeyinə görə də Türkiyə üçün inkaredilməz bir əhəmiyyətə malikdir. Mənim də ayrıca Kiprə xüsusi bir məhəbbətim və marağım var.

-Qurdlar "Vadisi İraq" və "Qurdlar Vadisi Fələstin" filmləri böyük səs-soraq gətirmişdi. Sizcə də yeni bir film qoymaq vaxtı gəlib çatmadımı?

-Yeni film layihələrimiz var, yetişəndə detallarını ictimaiyyətilə bölüşəcəyik.

-Sizin üçün ən əhəmiyyətlisi ssenaridir, rejissor işidir, yoxsa oyunçu bacarığıdır?

-Bu üçünün ahəngidir məncə. Hər biri tək başına çox yaxşı ola bilər, amma arada harmoniya olmasa, problemlər yaşanır.

-Özünüzü heç başqa bir serialda xəyal etdiyiniz olubmu?

-Bəli, ancaq xəyal deyil bu. Hazırda yazmış olduğum və reallaşmasını ümid etdiyim bir layihə var.

-"Qurdlar Vadisi" Yaxın Şərq, Balkanlar və türkdilli respublikalarda da maraqla izlənilir. Oralarda da çəkiliş aparmaq istəyirsinizmi?

Daha əvvəl Suriyada çəkiliş aparmışdıq. Şərtlər əl verərsə, dünyanın hər yerində çəkiliş edə bilərəm, niyə də olmasın?

“ÖVLAD İKİ İNSANIN ARASINDAKI SEVGİNİN ƏKSİDİR”

-Bayrama xüsusi rituallar varmı?

-Bayram səhəri evdən oğlumu öpərək çıxıram. Qayıdanda ailəm məni qarşılayır və bayramlaşırıq. Hamı birlikdə ailəmizi və dostlarımızı ziyarətə gedirik. Əslində bayram bizim üçün ərəfə günü başlayır. İstanbulda Ömər Lütfi Metenin qəbrini, Elazığda olsaq, babam Cəfər Təyyar Şaşmazın qəbrini ziyarət edirik.

-Ata olmaq sizin üçün necə bir təcrübə oldu? İşlə birlikdə necə bir tarazlıq qurursunuz?

-Övlad iki insanın arasındakı sevginin əksidir, keçmişlə gələcək arasında qurduğumuz bağdır. İşin çoxluğundan dolayı ailəmlə arzu etdiyim dərəcədə vaxt keçirmirəm. Mənə göstərdikləri anlayışa görə həyat yoldaşıma və oğluma təşəkkür edirəm. Hər kəsə tövsiyə etdiyim bir duyğu atalıqdır. Amma bu duyğu içinizdə təkmilləşməyə başlayanda duyğu olur.

Şərhlər