Məşhur aktyor vəfat etdi

26.09.2015 10:48     Artreaksiya     2423

Türkiyənin məşhur aktyoru Ayhan Ahıskal 83 yaşında Ankarada vəfat edib.

Reaksiya.az xəbər verir ki, aktyor uzun müddətdir Alzheimer xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, o, teatra olan sevgisinə görə, 1949-cu ildə Ankara Dövlət Konservatoriyasına müraciət edib və Opera Orkestrinə qəbul edilib.

Aktyor televiziya tarixində hazırladığı ilk əyləncə proqramı "Ali (Özoğuz) ilə Ayhan"da oynayıb. Fəaliyyəti dövründə çox sayda tamaşa və serialda rol alıb.

Ahıskal fəaliyyətinin 63 ilini elə səhnədə keçirib.

Şərhlər