Məşhur tükr aktyorları Həccdəki faciədən xilas oldu

26.09.2015 10:56     Artreaksiya     2741

Məhur türk aktyorları Tolgahan Sayışman və Murat Yıldırım Həcc ziyarətində ölümdən qayıdıb.

Reaksiya.az xəbər verir ki, aktyorlar Minada 753 hacının ölümü ilə nəticələnən faciədən 5 dəqiqə fərqlə xilas olub.

Tolgahan Sayışman və Murat Yıldırım Həcc vəzifələrini yerinə yetirmək üçün getdikləri Məkkədə rastlaşaraq birlikdə şeytana daş atıb.

Şeytanın daşlanmasından sonra türk dəstəsindən ayrılaraq ikitərəfli küçəyə daxil olduqdan 5 dəqiqə sonra faciə baş verib.

Qarışıqlıq səbəbindən Məkkəyə saatlar sonra çatan aktyorlar ailələri ilə əlaqə saxlayaraq yaxşı olduqlarını bildiriblər.

Qeyd edək ki, 2012-ci ildə Tolgahan Sayışman, 2014-cü ildə isə Murat Yıldırım ümrə ziyarətinə gedib.

Şərhlər