"Ölən" aktyorları göz yaşları ilə yola saldılar - VİDEO

30.09.2015 11:07     Artreaksiya     4333

Çox seyrci toplayan bir bölümlə yeni mövsümə başlayan “Qurtlar Vadisi Pusu”nun maraqla gözlənilən yeni bölüm flagmanı tamaşaçıların ixtiyarına verilib.

Reaksiya.az xəbər verir ki, nəfəs kəsən səhnələri ilə yenə gündəmə bomba kimi düşən “Qurdlar Vadisi Pusu”nun 265-ci bölümü insanlarda həyəcan yaşadıb.

Yeni mövsümə sürpriz bir epizodla başlayan ekranların rekordçu serialı “Qurtlar Vadisi Pusu”da intiqam həvəsi olan Polad Ələmdar bu bölümdə nələr edəcək?

İndi hamının gözü 1 oktyabr cümə axşamı yayımlanacaq yeni bölümdə olacaq.

Bütün briqadası öldürülən Polad yeni bölümündə intiqam alacaq.

Həm seriala yeni qatılan və həm də ayrılan aktyorlar ilk bölümü Pana Film qrupu ilə birgə izləyib.

"Qurdlar Vadisi Pusu"nun baş rol ifaçısı Necati Şaşmaz başda olmaqla bütün oyunçular tam heyətlə iştirak edib.

İlk bölümü həyəcan içində nəfəslərini tutaraq izləyən dəstə serial bitəndə bir-birini təbrik edib. Gecədə duyğusal anlar da yaşanıb.

Ssenariyə görə ayrılan aktyorlar iş yoldaşlarıyla vidalaşıb. Bəzi oyunçuların o dəqiqələrdə göz yaşlarına hakim olmadığı deyilir.

Şərhlər

Çox oxunanlar