Azərbaycanlı musiqiçinin növbəti uğuru

02.10.2015 11:46     Artreaksiya     2577

Azərbaycanın dünyaca məhşur yeganə qaval ustası Mahmud Salah Həştərxan şəhərində beynəlxalq elmi konqresdə və etnoqrafik musiqi festivalında iştirak edib.

Reaksiya.az-a açıqlama verən musiqiçi bildirib ki, ilk əvvəl Həştərxan şəhərində tşkil edilmiş Üçüncü Beynəlxalq Elmi Konqresdə iştirak edib. O, bu beynəlxalq tədbirlərdə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Həştərxan vilayətinin Turizm və Dövlət Folklor Mərkəzinin dəvəti ilə iştirak edib.

Sentyabr ayının 14-dən 17-nə qədər davam edən konqresin mövzusu “Şərq və Qərb etnik musiqi irsi sivilizasiyaların və mədəniyyətin bir dialoqu kimi” olub. Mahmud Salah konqresə həm iştirakçı, həm də münsiflər heyətinin üzvü kimi qatılıb. İştirakçı qismində elmi məqalə ilə çıxıb edib. Həmin məqalə “PAX SONORIS” elmi jurnalının VII sayında dərc edilib.

Qaval ustası daha sonra isə V Beynəlxalq etnoqrafik festival-müsabiqədə münsiflər heyətinin üzvü olub. “Qızıl Çölün Səsləri – 2015” adlı festival sentyabrın 17-də başlayıb və 21-də sona çatıb. Bu festivalda Azərbaycanı Mahmud Salahlının oğlu  Ağarəhim Salahın rəhbərlik etdiyi " Buta " instrumental Muğam qrupu təmsil edib.

Festival zamanı təmsilçilərimiz 2 nominasiyada 3 yer qazanıblar.  

Azərbaycan Milli Konservatoriyanın III kurs tələbəsi, tar ifaçısı  Ağayar  Xanlarov I yerə, Azərbaycan Milli Konservatoriyanın II kurs tələbəsi, kamança ifaçısı  Cahandar Xanlarov II yerə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin lV kurs tələbəsi, xanəndə Azər Səlimzadə isə III yerə layiq görülüb. Müsabiqə iştirakçılarını qavalda və fortopianoda "BUTA" instrumental muğam üçlüyünün rəhbəri Sumqayıt Musiqi Kollecinin III kurs tələbəsi Ağarəhim Salah müşayiət edib.

Tədbirlər başa çatdıqdan sonra Həştərxan Mədəniyyət və Turizm naziriliyi münsiflər heyəti ilə görüş keçirib. Görüş zamanı Mahmud Salah H.Əliyev Fondu tərəfindən çap etdirilmiş "Azərbaycan" və "MUĞAM" nəşrlərini  Həştərxan Mədəniyyət və Turizm nazirinə hədiyyə edib. 

Şərhlər