Azərbaycanlı şairənin şeirləri tatar dilində

03.10.2015 09:49     Artreaksiya     2695

Bu günlərdə Tatarıstanın paytaxtı Kazan şəhərində Türkiyə Yazarlar Birliyi (TYB) tərəfindən təşkil edilən “Türkcənin Uluslararası Şeir Şöləni”nin  XI toplantısı keçirilir. Oktyabrın 1-də başlayan tədbir ayın 4-nə qədər davam edəcək.

Xatırladaq ki, Azərbaycanı həmin tədbirdə iki şairimiz, Əkbər Qoşalı və Faiq Balabəyli təmsil edir.

Əkbər Qoşalının Reaksiya.az-a verdiyi məlumata görə səfər çərçivəsində Tatarıstandakı Azərbaycan diaspor üzvləri şairlərimizlə görüşüb. Görüş zamanı Azərbaycan ədəbiyyat nümunələrinin ölkədən kənarda yayılması istiqamətində həyata keçirilməli tədbrilərdən danışılıb.

Ə.Qoşalı, həmçinin şeir bayramı barədə də danışıb. O, bildirib ki, bu tədbirə Türk dünyasının hər tərəfindən şairlər, yazıçılar qatılıb. Dünənki toplantıda Əkbər Qoşalı və tatar şairi Rüfət Salah öz şeirlərini səsləndiriblər. Rüfət Salah, həmçinin azərbaycanlı şairə Sona Vəliyevanın tatar dilinə tərcümə etdiyi şeirlərini də oxuyub.

Qeyd edək ki, bu şeir şöləni ilk dəfə 1992-ci ildə Türkiyədə, daha sonra Qazaxıstan, Türkmənistan, QKTC, Fransa, Simferopol – Krım, Makedoniya, Bakı Azərbaycan, Kosova və Qırğızıstanda gerçəkləşdirilib. 

Şərhlər

Çox oxunanlar