Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı oktyabrın 8-də açıqlanacaq

06.10.2015 02:02     Artreaksiya     2128

2015-ci üçün ədəbiyyat sahəsində Nobel mükafatı laureatının adı oktyabrın 8-də elan ediləcək.

Reaksiya.az xəbər verir ki, bu barədə İsveç Akademiyasının bu mükafatın kimə çatacağını həll edən Nobel Komitəsi məlumat verib.

Mükafatı alacaq yazıçının, yaxud şairin adı oktyabrın 8-də ilk dəfə İsveç Akademiyasının yeni daimi katibi Sara Danius tərəfindən Köhnə Stokholmun Birja binasında açıqlanacaq.

Xatırladaq ki, ötən il bu sahədə mükafatın laureatı Fransa yazıçısı Patrik Modiano olub.

Oktyabrın 5-də fiziologiya və təbabət sahələrində Nobel mükafatı laureatlarının adları məlum olub. Bu sahədə irlandiyalı Uilyam Kempbell, yaponiyalı Satosi Omura və çinli qadın Yuyu Tu laureat olublar. Fizika, kimya və sülh sahələrində Nobel mükafatı laureatlarının adları oktyabrın 6, 7 və 9-da məlum olacaq. Alfred Nobelin xatirəsinə ehtiram əlaməti olaraq İsveç Dövlət Bankı tərəfindən təsis edilən iqtisadiyyat sahəsi üzrə mükafatın sahibinin adı oktyabrın 12-də məlum açıqlanacaq.

Şərhlər