Kənan Hacının şeir gecəsi keçiriləcək

07.10.2015 17:13     Artreaksiya     2071

Oktyabr ayının 10-da şair Kənan Hacının şeir gecəsi keçiriləcək.

Reaksiya.az-a bu barədə xəbər verən şair bildirib ki, gecədə oxucularla görüşü  təşkil ediləcək: “Tədbir Senet.az ədəbiyyat və sənət dərgisi ilə Kitabevim.az kitab marketinin ortaq layihəsi olan “Şeir gecələri” çərçivəsində keçirilir. Mənə dəyərli dostum Müşfiq Xan belə bir təklif etdi ki, şeir gecəni keçirək, mən də məmnuniyyətlə razılaşdım. Yeri gəlmişkən, bu layihəni gerçəkləşdirən dostlarıma dərin təşəkkürümü bildirirəm. Arzu edirəm ki, belə şeir gecələri ənənə şəklini alsın. Oxucu ilə yazar arasında canlı ünsiyyətin hər iki tərəfə faydası var, deyə düşünürəm”.

Kənan Hacı onun şeirlərini bəyənən, tədbirdə iştirak etməyi arzu edən hər kəsi həmin gecəyə dəvət edib: “Kimin ürəyi istəyir, gələ bilər. Sosial şəbəkələrdə mənim şeirlərimi paylaşan xeyli sayda oxucu var, onlar istəsə gələ bilərlər”.

 Qeyd edək ki, kitab həvəskarları tədbirdə şairin kitablarını da əldə edə bilərlər. 

Şərhlər