Alim Qasımov Norveçdə konsert verəcək

09.10.2015 16:26     Artreaksiya     2475

Xalq artisti Alim Qasımov Norveçə səfər edəcək.

Reaksiya.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə sənətkarın özü məlumat verib.

Məlumata görə, xanəndə səfər çərçivəsində iki günlük konsert proqramı ilə çıxış edəcək: “Bu səfərdə mənimlə yanaşı Əməkdar artist Fərqanə Qasımova da olacaq. Konsert oktyabrın 28 və 30-da baş tutacaq”. 

Qeyd edək ki, Qasımovlar Azərbaycana noyabrın 1-də dönəcək. 

Şərhlər