Mahsun Kırmızıgül 400 min dolları rədd etdi

10.10.2015 14:48     Artreaksiya     2265

Son dövrlərdə ancaq rejissorluq edən məşhur müğənni Mahsun Kırmızıgülə səhnəyə çıxması üçün 400 min dollar təklif olunub.

Reaksiya.az xəbər verir ki, təklifi Rusiyada yaşayan azərbaycanlı milyarder iş adamı edib.

M. Kırmızıgül təklifi qəbul etməməsinin səbəbini belə açıqlayıb: "Əgər bir gün səhnəyə geri qayıtsam, ancaq xalq üçün konsert verərəm. Əmin olun ki, məqsədim daha çox pul qazanmaq olsaydı, mahnı oxumağa davam edərdim".

Qeyd edək ki, Mahsun Kırmızıgülün son rejissorluq etdiyi film “Möcüzə” adlanır.

Şərhlər