Məşhur aktyor vəfat etdi

12.10.2015 09:37     Artreaksiya     2422

Türkiyənin məşhur aktyoru Levent Kırca 67 yaşında vəfat edib.

Reaksiya.az xəbər verir ki, aktyor qaraciyər xərçəngindən əziyyət çəkirdi.

Levent Kırcanın oğlu Ümid Kırca atasının yayın əvvəlindən bəri xərçəng müalicəsi gördüyünü bildirib: "Vəziyyəti 10 gündür pis idi. Çox təəssüf edirəm, hamımızın başı sağ olsun. Böyük usta idi. Türkiyədə 50 ildir böyük işlər görmüşdü".

Sənətkarın cənazəsi sabah dəfn olunacaq.

Qeyd edək ki, Levent Kırca 1948-ci ildə Samsun şəhərində anadan olub.

1964-cü ildə Ankara Dövlət Teatrında səhnə həyatına atılıb.

Çox sayda teatr tamaşası və kino filmində rol alan Kırça 22 il ərzində yayımlanan “Olacak o qədər”  televiziya proqramı hazırlayıb.

Şərhlər