Azərbaycan dilini öyrənən nakam rus şairi - Cəmi 27 il ömür

15.10.2015 13:01     Artreaksiya     2681

Bu gün görkəmli rus şairi, yaşıçısı, dramaturqu Mixail Yuryeviç Lermontovun ad günüdür. O, 1814-cü ilin oktyabrın 15-də Moskvada anadan olub.

Lermontov 1837-ci ildə Puşkinin dueldə öldürülməsindən təsirlənərək "Şairin Ölümü" adlı şeir yazıb. Şeirləri ədəbiyyatçılar tərəfindən də çox bəyənilən Lermontova Puşkinin ardıcılı gözü ilə baxılmağa başlanıb.

Yaradıcılığı ərzində "Zəmanəmizin qəhrəmanı" romanını, "Mtsıri", "Hacı Abrek", "Qafqaz əsiri" poemalarını, "Maskarad" pyesini və s. əsərləri qələmə alıb.

Şair nakam həyatında 2 dəfə Qafqaza sürgün edilib.

1841-ci ildə Sankt-Peterburqa qayıtmasına icazə verilib. Böyük ümüdlərlə vətənə qayıdan şair axırıncı səfərinə çıxdığından xəbərsiz idi. Səfər zamanı xəstələndiyinə görə Piyatiqorsk şəhərində qalır və elə bu şəhərdə də fransız zabit ilə çıxdığı duelin nəticəsində həyatını itirir. Lermontov sevdiyi şair Puşkinin taleyini yaşayıb.

İyirmi yeddi illik qısa həyatına baxmayaraq Lermontov şeirləri, teatr tamaşaları və romanı ilə rus ədəbiyyatının inkişafına böyük töhfə verib.

Şair Azərbaycanın görkəmli dramaturqu Mirzə Fətəli Axundov ilә yaxından tanış olub və onun köməkliyi ilə Azərbaycan dilini öyrənib.

Şərhlər