Dünya rəssamları metroda - FOTOLAR

15.10.2015 13:57     Artreaksiya     2316

Bu gün Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə metropolitenin “Nərimanov” stansiyasının girişlərində “Dünya rəssamları” adlı sərgi açılıb.

Reaksiya.az xəbər verir ki, “AtraBank” ASC-nin dəstəyi ilə təşkil olunan sərgi izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, sərgidə dünyanın məşhur rəssamlarının portret, peyzaj və digər janrlardan olan 85 əsəri nümayiş olunur. Bu möhtəşəm sərgi 2016-cı ilin aprel ayının 15-nə kimi davam edəcək. Sərnişinlərlə yanaşı şəhər sakinləri də bu 6 ay müddətində E.Delakrua, K.Brüllov, P.Pikasso, Rafael Santi, E.Munk, Q. Klimt, Y.Vermeyer, A.Modilyani, İ. Levitan,L.Vinçi və digər klassiklərin möhtəşəm əsərlərini izləmək imkanı qazana biləcək. 

 

Şərhlər