BAKU FASHION NIGHTS 2015 - MODA SƏRGİSİ

16.10.2015 15:15     Artreaksiya     2351

Azərbaycanın tanınmış modelyeri, əməkdar incəsənət xadimi Fəxriyə Xələfovanın Moda nümayişi təqdim olunacaq.

Reaksiya.az xəbər verir ki, 16-17-18 oktyabr tarixlərində Excelsior Otelinin Afurja Banket Zalında BAKU FASHION NIGHTS 2015 Moda nümayişi keçiriləcək.

Fəxriyə Xələfova üçün hər bir obraz bütöv bir dünyadır, elə bir dünya ki, burada üslub, model, parça, rəng və əhval-ruhiyyə bir vəhdət təşkil edir. Həm sirli naməlum qadın, həm də şahanə ilahə obrazını yaradarkən, dizayner müasir dəbin ən əsas xüsusiyyətləri olan, qadın incəliyi, sadəlik və təbiiliyi canlandırmağa çalışır. Üç gün ərzində Azərbaycan və beynəlxalq moda sənayesi istedadlarının adları ilə müxtəlif nümayişlər, təqdimatlar və tədbirlər keçiriləcək.

Şərhlər