Bu teatr bir aya 25 tamaşa təqdim edəcək

17.10.2015 08:27     Artreaksiya     1780

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu ay 25 tamaşa təqdim edəcək.  
 
Reaksiya.az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşaların 16-sı yerli teatrsevərlər üçün, 10-u xarici ölkədə qastrol səfərində nümayiş ediləcək.  Məktəblilər oktyabrın 17-18 tarixlərində “Balaca və damda yaşayan Karlson” (A.Tolstoy) və “Ələddinin sehrli çırağı” (ərəb xalq nağılı) tamaşalarına baxacaqlar. Həmin günlər böyüklər üçün İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” və Ə.Əmirlinin “Hasarın o üzü” təqdim ediləcək.  Oktyabrın 21-də Ə.Əmirlinin “Mən səni sevirəm”, 23-də saat V.Siqarevin “Ağ ölüm”, S.S.Axundov, A.Şaiqin “Qaraca qız”, Elçinin “Buzovna kəndinin əhvalatları”, 25-də “Qoğalın nağılı”, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşaları nümayiş olunacaq. Kollektiv oktyabrın 26-dan 30-dək Rusiyanın Elista şəhərində 10 tamaşa təqdim edəcək. Tamaşalar 9 gün ərzində təqdim olunacaq.

Şərhlər

Çox oxunanlar