Azərbaycanı sevən pop ulduz - 43 il ömür - VİDEO

17.10.2015 15:11     Artreaksiya     2608

Bu gün Türkiyənin məşhur pop ulduzu Tarkanın doğum günüdür. O, 1972-ci il oktaybrın 17-də Almaniyada anadan olub.

19 yaşında musiqi fəaliyyətinə başlayan Tarkan 1992-ci ildə ilk albomunu çıxarıb.

Bu albom Türkiyədə Tarkana populyarlıq qazandırsa da, Tarkanın səsi ölkə sərhədlərindən kənara çıxa bilməyib.

Sənətçinin karyerasında ikinci “Aacayibsin” adlı albomu böyük dönüş yaradıb. Bu albomla o, Türkiyə və Avropada 24 konsert verib.

Nyu-Yorka təhsil almağa getdiyi dönəmdə prodüsser Əhməd Ertegün ilə tanış olub və müqavilə imzalayıb. 1997-ci ildə çıxartdığı 3-cü albomu “Ölürüm Sana” satış rekordları qırıb. Albom Türkiyədə 2.5 milyon ədəd satılıb. Albomun hit parçası “Şımarık” olub.

2000-ci illərin başlanğıcına “Kuzu-kuzu” adlı mahnısı ilə damğasını vurub.

“Washington Post” adlı qəzetin sənətçi haqda yazdığı məqalədə ulduza “Rusiyada ən çox albomu satılan rus olmayan pop ulduzu” adı verilib.

Tarkan karyerasının zirvəsi sayılan “Dudu” albomunu 2003-cü ildə çıxardıb. Bu albom Rusiyada 1 milyon satış rəqəminə çatıb.

Tarkan sonrakı illərdə ingilis dilində “Come Closer” və “Metemorfoz” adlı albomlarını çıxarıb.

“Metemorfoz”albomun son konsertini Azərbaycanda verib.

Müğənni Azərbaycan mətbuatına verdiyi müsahibələrin birində Azərbaycan haqqındakı fikirlərini bölüşüb.

O, Azərbaycanı sevdiyini bildirib: “İnsanlarını, mədəniyyətini, musiqiyə dəyər verməyini, qonaqpərvərliyini sevirəm. Ölkənizdə insanlara hörmətlə yanaşılmasına heyranam. Bütün bunlar Azərbaycan xalqını mənə sevdirib”.

Tarkanın sonuncu albomu isə “Adımı kalbime yaz” adlanır.

Musiqi fəaliyyəti ilə yanaşı sosial layihələrdə də iştirak edən Tarkanı Türkiyə mediasında “Megastar”, xarici mətbuatda isə “Popun Şahzadəsi” adlandırılıb.

Müğənninin albomları bu günə qədər 15 milyondan artıq satılıb, 14 dəfə “Kral” musiqi mükafatına, 6 dəfə “Altın Kelebek” mükafatına, 1 dəfə isə “Dünya Musiqi Mükafatı”na layiq görülüb. 

Şərhlər