Bəstəkar mahnılarını üzə çıxaran sənətkar - 93 - VİDEO

20.10.2015 10:43     Artreaksiya     2599

Bu gün Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın ad günüdür. O, 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub.

Muğam ustası Alim Qasımov dahi sənətkarımızla bağlı fikirlərini Reaksiya.az-la bölüşüb:

“Şövkət xanıma Allah rəhmət eləsin. O, musiqi sənətimizdə bütün bəstəkar mahnılarını üzə çıxardıb. Və həmin mahnılar tədricən onun vasitəsilə bizim xalq mahnılarına çevrilib.Cavan ifaçılarımızda ondan örnək götürüb o mahnıları ifa edir, xalqa təqdim edirlər. Allah bütün elə dünyadan köçmüş sənətkarlarımızın ruhunu şad eləsin”, - deyə xalq artisti bildirib.

Qeyd edək ki, səhnəmizin unudulmaz səslərindən olan Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi Məktəbini bitirdikdən sonra yaradıcılığa başlayıb.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi işə başlayıb.

Sənətkarın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları qısa zamanda sevilib və populyarlıq qazanıb.

 “Axşam”, “Ayrılıq”, “Gəl səhərim”, “Bir könül sındırmışam”, “Dərələr”, “Sən mənim, mən sənin”, “Sənsən ürəyim”, “Tez gəl” mahnıları Şövkət xanımın unudulmaz ifalarındandır. 

Şərhlər