Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olundu

21.10.2015 16:57     Artreaksiya     2171

Mərdəkan Mədəniyyət Evində xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi münasibəti ilə tədbir keçirilib. 

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev xalq artisti Afaq Bəşirqızının həyat və yaradıcılığından söz açaraq onun göstərdiyi xidmətlərdən, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. 

Sonra xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunub.

Tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Salamova, rejissor assisenti Tamilla Aslanovadır.

Səhnə əsərində xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa ediblər.

Şərhlər