VII Beynəlxalq uşaq muğam festivalının qaliblər mükafatlandırılıb

22.10.2015 01:42     Artreaksiya     1931

“Kainat” Gənclik Mərkəzi, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə bu il yeddinci dəfə Bakıda Beynəlxalq uşaq muğam festivalı keçirilib.

Reaksiya.az Azərtaca istinadən xəbər verir ki, oktyabrın 21-də festival qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək festivalda Azərbaycan da daxil olmaqla 9 ölkənin iştirak etdiyini söyləyib.

Bildirilib ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 130 illik yubiley tədbirləri silsiləsindən keçirilən bu festival gənclərin dünyagörüşünün artmasına, püxtələşməsinə və dostluq əlaqələrinin güclənməsinə böyük təkan verəcək.

“Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə, Əməkdar İncəsənət Xadimi Nazim Kazımov və digər çıxış edənlər vurğulayıblar ki, festival iştirakçı ölkələrin uşaq və yeniyetmələrinin dünyada tanıdılmasına təkan verəcək.

Tədbirdə gənc muğam ifaçılarının çıxışlarını Xalq Artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblı müşayiət edib.

Münsiflər heyətini tərəfindən iştirakçıların ifaları dinlənildikdən sonra qaliblər mükafatlandırılıb.

Şərhlər