Polad Ələmdardan xəbərdarlıq - “Vətənə xəyanət etsəniz...” - VİDEO

22.10.2015 10:38     Artreaksiya     2517

Türkiyənin ən sevilən teleseriallarından biri olan “Kurtlar Vadisi Pusu” növbəti bölümündə də tamaşaçılarına həyəcanlı anlar yaşadacaq.

Reaksiya.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 22.00-da “Kanal D”də yayımlanacaq 268-ci bölümdə serialın baş qəhrəmanı Polad Ələmdar Türkiyənin məşhur insanlarını bir yerə toplayaraq onlara xəbərdarlıq edib:

“Mən burda olmayanda məkanıma basqın edildi. Qardaşlarım xain pusqusuna hədəf oldu. Bunlar Türkiyədə fəaliyyət göstərməyə çalışan, kökü xaricdə olan qüvvələrdir. Miqrantlarla bağlı bölgədə böyük oyunlar oynayan həmin qüvvələr yaxın zamanlarda sizinlə də əlaqə quracaq, zəif yerlərinizdən istifadə etməyə çalışacaqlar. Buna indidən hazır olun”.

Polad Ələmdar məşhur insanlara “Vətənə xəyanət etsəniz, qarşınızda məni görəcəksiniz” siqnalını da verib.  

Şərhlər

Çox oxunanlar