Dünya şöhrətli aktrisa vəfat etdi

25.10.2015 01:22     Artreaksiya     2283

Macəra və vestern filmlərdə çəkilmiş Hollivud aktrisası Morin Oxara ABŞ-ın Aydaho ştatında 95 yaşında vəfat edib. Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisanın meneceri ölümün “təbii səbəblər”dən baş verdiyini bildirib.

Əslən İrlandiyadan olan aktrisa dünya kino incəsənətinə verdiyi tövhəyə görə 2014-cü ildə “Oskar” mükafatına layiq görülüb.

Morin Oxara məşhur “Maklinto” və “Yaşıl vadi” filmləri də daxil olmaqla, ümumilikdə 17 filmdə rol alıb.  

Şərhlər