Kamran Nəzirlinin“Narkoman” tamaşası təqdim edildi - FOTOLAR

26.10.2015 18:17     Artreaksiya     2526

Sumqayıt Dövlət Dram teatrı 23 oktyabr saat 19:00-da daha bir maarifləndirici tamaşa ilə  gələn qonaqların zövqünü oxşadı. 

Reaksiya.az xəbər verir ki, tamaşadan öncə çıxış edən SDDT direktoru İslam Həsənov  bundan sonra da teatrın günümüzə gərəkli, aktual tamaşalarla görüşə gələcəyini  bildirdi. Ağır psixoloji dram məharətli aktyor oynunda tamaşaçılara  yetərincə çatdırıla  bildi.

Ali  məktəbi  qırmızı diplomla  bitirən  Ramin adlı gənc  iş tapmaq  üçün  bir çox idarələrə baş çəksə də iş tapa bilmir. İşsiz qalaraq ruhdan düşür və narkotikaya qurşanır. Narkotik maddələrə olan tələbatı onu ayrı yollara sövq edir.  Ramin artıq ev əşyalarını və anasının zinətlərini  satmağa başlayır. Anası onu bu yoldan döndərməyə çox cəhd etsə də o, bu yoldan dönmür. Həyat yoldaşı bütün bunlara dözməyərək uşağı da götürüb evi tərk edir. Raminin  anası bu dərdə tab gətirməyərək dünyasını dəyişir. Həyatdan güclü  zərbələr alan Ramin nəhayət ki, narkomaniyadan canını qurtara bilir. Finalda Raminin ailəsi də yanına qayıdır. O, anasının ruhu qarşısında and içir. Beləliklə tamaşa optimist bir sonluqla bitir.

Quruluşçu rejissor Naxçıvan Muxtar Respublikası xalq artisti Kamran Quliyevdir. Rolları Cəlal Məmmədov, Yeganə Məmmədvəliyeva,  Şəhla Məmmədova, Rövşən Əsgərov,  Mətləb Səfərli, İradə Zeynalova və başqaları ifa edir.

 

 

Şərhlər

Çox oxunanlar