Tatarıstanda Qızıl orda dövləti haqqında serial çəkiləcək

27.10.2015 12:22     Artreaksiya     2596

Tatarıstanda Qızıl Orda dövləti haqqında 400 milyon rubluq teleserial çəkiləcək.

Reaksiya.az xəbər verir ki, “Baykal Media Konsaltinq” İnformasiya Agentliyi bu haqda məlumat yayıb. 

Tarixi janrda çəkiləcək teleserial 16 seriyadan ibarət olacaq.

Çəkilişlərdə Rusiyanın məşhur sənətçilərindən Çulpan Xamatova, Renata Lıtvınova, Marat Başarov, Artur Smolyaninov, Yelizaveta Bayarskaya, Aleksandr Baluyev, model İrina Şeyk, “Qolos” şousunun qalibi Dina Qaripova iştirak ediblər.

Teleserialın efirə 2017 – ci ildə çıxacağı gözlənilir.

Şərhlər