Amerikanın məşhur caz kvarteti Bakıda çıxış edib

28.10.2015 04:43     Artreaksiya     1908

Amerikanın məşhur “Fourplay” caz kvarteti Heydər Əliyev Saraynda çıxış edib. Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən konsert bu musiqi kollektivinin 25 illiyinə həsr edilib.

Reaksiya.az-ın məlumatına görə, kvartet konsertdə müxtəlif illərin albomlarından əsərlər ifa edib.

“Fourplay” kvarteti bir neçə nominasiyada “Grammy Awards”, habelə musiqi industriyasının inkişafına verdiyi mühüm töhfəyə görə ABŞ-ın “Congressional Record” fəxri mükafatına layiq görülüb.

Şərhlər

Çox oxunanlar