Ruslar Alekseyiçi tanımır

02.11.2015 10:54     Artreaksiya     2541

Rusların 65% - i bu il Nobel Ədəbiyyat mükafatını alan Aleksiyeviçin adını eşitməyib.

"Nobel mükafatını əldə edən yazarların böyük əksəriyyətinin adını dünya mükafat alandan sonra öyrənir". Bu deyilənlərin real olduğunu müəyyən edən bir anket keçirilib. Belə ki, rusların üçdə ikisi, bu il Nobel Ədəbiyyat mükafatını əldə edən belaruslu yazar Svetlana Aleksiyeviçin adını indiyə kimi heç eşitməyib.

Reaksiya.az “The Moscow Times”a istinadən xəbər verir ki, müstəqil “Levada Center” tərəfindən həyata keçirilən ictimai araşdırmada iştirak edənlərin  65% - i yazarın adını daha əvvəl eşitmədiklərini bildiriblər. 
17%lik bir qrup isə yazarın adını eşitdiklərini, ancaq heç bir kitabını oxumadıqlarını qeyd ediblər. Kitablarını daha çox rusca yazan Aleksiyeviç Nobel ədəbiyyat mükafatına layiq görülən sayca 14 - cü qadın yazıçıdır.

Şərhlər