Acun uddu, Tarkan uduzdu - Parlament seçkilərində

03.11.2015 10:18     Artreaksiya     2335

Türkiyədə baş tutan parlament seçkiləri üçün namizədliyini irəli sürənlər arasında məşhurların da qohumları olub.

Reaksiya.az xəbər verir ki, tanınmış prodüsser Acun Ilıcalının əmisi Mustafa Ilıcalı və müğənni Tarkanın dayısı Kemal Köymən namizədliyini irəli sürüb.

Seçki nəticələrinə əsasən, AKP 49,29 faiz səs nisbəti ilə təkbaşına iqtidar olduğu üçün AKP-nin namizədi olan Mustafa Ilıcalı parlamentə üzv seçilib.

Tarkanın CHP partiyasından namizədliyini irəli sürən dayısı isə parlamentdə iştirak hüququ qazana bilməyib.

Şərhlər