Məşhur aktrisaya sərt qadağa

04.11.2015 06:39     Artreaksiya     1921

Türkiyəli aktrisa Hülya Avşara rol aldığı "Kösəm Sultan- Möhtəşəm əsr" serialının rejissoru tərəfindən qadağa qoyulub. Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə aktrisa üzündə 1,5 il müddətində heç bir cərrahiyyə əməliyyatı etdirə bilməz. Rejissor bunu təbiiliyin pozulmaması üçün etdiyini deyib. Serialda 53 yaşlı Safiyə Sultan obrazını canlandıran 52 yaşlı aktrisa bu şərtlə razılaşıb. Xəbər verilir ki, artıq serialın sonuncu buraxılışında aktrisanın sifətindəki qırışlar diqqəti cəlb edib.

Şərhlər