Bəstəkarın yaradıcılıq gecəsi keçiriləcək

05.11.2015 04:09     Artreaksiya     1974

Əməkdar incəsənət xadimi bəstəkar Aygün Səmədzadənin dekabrın 1-i Heydər Əliyev sarayında keçiriləcək konsertinin anonsu yayımlanıb.

Reaksiya.az-ın qafqazinfo.az-a istinadən verdiyi məlumata görə, “Biri varmış biri yoxmuş” adlı sənət gecəsinin anonsundan göründüyü kimi, bu konsertdə bəstəkarın bir sıra simfonik əsərləri və xoreoqrafik nömrələri də yer alacaq.

Qeyd edək ki, konsertdə respublikanın bir çox tanınmış musiqi xadimlərinin və məşhur müğənnilərin iştirakı gözlənilir. Konsertdə iştirak edəcək aparıcı kollektiv xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına dövlət kamera orkestridir.

Şərhlər