Məşhur rokçunun jaketi 137 min dollara satıldı

10.11.2015 15:10     Artreaksiya     2144

Doxsanıncı illərin əfsanəvi rok qrupu olan “Nirvana”nın solisti Kurt Kobeynin jaketi “Rock ‘N’ Roll” hərracında 137 min ABŞ dollarına satılıb.

Reaksiya.az AZƏRTAC –a istinadən xəbər verir ki, qrupun fanatlarına yaxşı tanış olan bu jaketi Kobeyn 1993-cü ildəki “Unplugged” konsertində geyinib.

Düyməsi qırılmış, yanıb deşilmiş və rəngi solmuş nimdaş jaketə ilkin olaraq 40-60 min dollar qiymət qoyulmuşdu. Hər hansı başqa hərracda belə qüsurlar əşyanın dəyərinin enməsinə səbəb olardı. Lakin bu əlamətlər “Nirvana” fanatlarının gözündə jaketin dəyərini daha da artırıb.

Kobeyn “Unplugged” konsertindən cəmi beş ay sonra vəfat edib və jaketin belə baha qiymətə satılmasına əsas səbəb məhz bu olub.

Hərracda, həmçinin “Beatles” qrupunun ifaçısı Con Lennonun akustik gitarası 2,4 milyon, Elvis Preslinin Valium sakitləşdiricisi isə 6,5 min ABŞ dollarına satılıb.

Şərhlər