Məşhur aktyor serialdan qovula bilər

10.11.2015 13:34     Artreaksiya     2071

Türkiyənin “FOX” televiziya kanalında yayımlanan “Karagül” serialının məşhur aktyoru Saruhan Hünelin aktyor heyətindən çıxarılması tələb olunur.

Reaksiya.az xəbər verir ki, buna səbəb olaraq aktyorun sevgilisi Eda Sönməzə şiddət tətbiq etməsi göstərilir.

Aktyorun serialdan uzaqlaşdırılması üçün sosial mediada kampaniya başladılıb.

Serialın prodüsseri Şükrü Avşar isə bildirib ki, aktyor və kanalla danışıldıqdan sonra qərar qəbul olunacaq. 

Şərhlər