Məşhur aktrisa yerə sərildi - Filmin premyerasında - VİDEO

11.11.2015 10:56     Artreaksiya     2431

Məşhur aktrisa Cennifer Laurens (Jennifer Lawrence) adət halını aldığı qırmızı xalçada yıxılması hadisəsi yenə baş verib.

Reaksiya.az xəbər verir ki, “Hunger Games” silsiləsinin son hissəsinin İspaniya premyerasında məşhur aktrisa yenə yıxılıb.

Jennifer mühafizəçilərin köməyi ilə ayağa qalxarkən filmin prodüseri Nina Jacobson bildirib ki, "Bir problem yoxdur, alışdı artıq".

Prodüsserin belə deməyinə səbəb aktrisanın daha əvvəl də iki dəfə yıxılmasıdır.

Qeyd edək ki,  2013-cü ildə “Oskar” mərasimində “İlin ən yaxşı qadın aktrisası” adına layiq görüldükdən sonra səhnəyə doğru gedərkən pilləkənlərdə yıxılmış.

Eyni hadisə 2014-cü ildəki “Oskar” mərasimində də baş verib.

Şərhlər