Tahir Salahovun əsəri Londonda hərraca çıxarılacaq

11.11.2015 12:00     Artreaksiya     2030

Dekabrın 1-də Londonun “Sothebys” hərrac evində Rusiya incəsənətinin üç sənət əsrini əhatə edən əsərlərdən ibarət satışlar baş tutacaq.

Reaksiya.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hərracın əsas lotları arasında Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun “Aydan” əsəri də yer alıb.

Sənət əsəri 250-350 min funt sterlinq dəyərində qiymətləndirilir.

“Sothebys” hərrac evinin rəsmi məlumatında bildirilir ki, "Aydan" sovet dövrünün ən yaxşı əsərlərindən biri hesab olunur. "Bu rəsmin digər versiyası Rusiya Dövlət Tretyakovski Qalereyasında saxlanılır. Satışa çıxarılan variantı isə rəssam vaxtı ilə Tokioda açdığı sərgisi münasibətilə çəkib. "Aydan" əsəri sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb", - deyə hərrac evinin rəsmi açıqlamasında bildirilir.

Qeyd edək ki, Tahir Salahovun qızının adı da Aydandır.

Tahir Salahovun əsəri Londonda hərraca çıxarılacaq

 

Şərhlər