"Güldürən adam" 71 yaşında

11.11.2015 15:36     Artreaksiya     2649

Bu gün Türkiyənin məşhur aktyoru Kemal Sunalın ad günüdür, yaşasaydı, 71 yaşı olacaqdı.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun övladları Ali Sunal və Ezo Sunal sosial media hesablarından atalarının ad gününü təbrik edib.

Atasının yolunu davam etdirən Ali Sunal atası ilə olan şəklini paylaşaraq bu sözləri yazıb: “Keşkə səni görə, toxuna, qucaqlaya bilsəm, başını dizlərinin üstünə qoysam, mənə  yenə Alicim desən. Gözəl atam, canım atam səni çox sevirəm, çox darıxıram”.

Ezo isə “Yaxşıki varsan, atam”sözlərini yazıb.

Əli Kamal Sunal 1944-cü ildə İstanbulda anadan olub. O, Vəfa litseyindən məzun olduqdan sonra 1964-ci ildə hərbi xidmətə yola düşüb. Aktyor fəaliyyətinə isə  "Zoraki Tabip" adlı teatr tamaşası ilə başlayıb.  1973-ci ildə “Şirin Dillim” filmi ilə kino kariyerasına başlayıb.

Türk kinosunun  ən məşhur aktyorlarından olan Kamal Sunal dalbadal çəkdiyi filmlərlə kommersiya baxımından böyük uğur qazanıb. Filmlərdə çox vaxt saf, şanslı, yaxşı ürəkli obrazları canlandırıb. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə rol alıb. Xalq arasında əsasən, “Inək Şaban” ləqəbilə tanınır.

Aktyor 1974-ci ildə ailə həyatı qurub.

2000-ci il iyulun 3-ü yeni "Balalayka" adlı filmin çəkilişlərinə görə, Trabzona gedən zaman təyyarə fobiyası olduğuna görə infarkt keçirdib və dünyasını dəyişib.

Şərhlər