Madonna səhnədə hamını ağlatdı - VİDEO

16.11.2015 12:51     Artreaksiya     1902

Madonna konsert zamanı göz yaşlarını saxlaya bilməyərək ağlayıb.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, amerikalı müğənni Madonna Stokholmdakı konsertini Parisdəki faciəyə görə ləğv etməyib. O, səhnəyə çıxaraq təsirli nitqi ilə həm özünü, həm də tamaşaçıları ağladıb.

"Belə bədbin sonluq, bir çox günahsız insanın faciəli qətli Parisdə olub. Ürəyim ağrıya dözmür, o cümlədən də ona görə ki, mən indi burada oynayıram, oxuyuram, insanlar isə yaxınlarını itirdikləri üçün ağlayırlar” Madonna deyərək ağlayıb.  

Dünya ulduzlarının əksəriyyəti Parisdəki terror aktını lənətləyərək Fransa xalqını dəstəkləyiblər. Onlar #prayforParis həştəqi ilə sosial şəbəkədə şəkil payalaşaraq dua ediblər.

Noyabrın 13-ü Fransanın paytaxtı Parisdə 132 insanın ölümü ilə nəticələnən terror hadisələri baş verib. Bir birinin ardınca baş verən 7 terror hadisəsini üzərlərində partlayıcı olan kamikadzelər törədiblər.

Parisi dəstəkləmək üçün paylaşılan şəkil 

Şərhlər