Prezidentliyə namizədlər müsəlmanları təhqir etdi - Amerikada

20.11.2015 10:07     Artreaksiya     2175

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ölkədə yaşayan müsəlmanların məlumat bazasını yaratmağı təklif edir.

Reaksiya.az “Associated Press”ə istinadən xəbər verir ki, Tramp bu baza əsasında müsəlmanların ABŞ ərazisində izlənməsinin mümkün olacağını qeyd edib.

“Mən mütləq bu bazanı yaradardım”, - deyə Tramp əlavə edib ki, belə bir baza yaradılsa, qeydiyyat məcburi olmalıdır.

Bundan əvvəl Tramp məscidləri bağlamağı dəstəklədiyini bildirmişdi.

Respublikaçılar partiyasından başqa bir namizəd Ben Karson isə müharibə və zorakılıqdan qaçan suriyalı qaçqınları itlərlə müqayisə edib.

“Politico”nun  məlumatına görə, o, qaçqın problemindən danışarkən deyib ki, “Amerikaya insanları quduz itlərdən qorumağı bacaran müdrik lider lazımdır”.

Tramp ABŞ-da gözəllik müsabiqələri keçirməyi ilə tanınan məşhur milliarder, Ben Karson isə dünyada Siyam əkizlərini ayıran (1987) ilk cərrah və yazıçıdır. Onların ikisi də hazırda ən favorit namizədlərdən hesab olunurlar.

Şərhlər