Zemfira İbrahimova “O səs Türkiyə”də - VİDEO

22.11.2015 14:45     Artreaksiya     3765

Türkiyənin məşhur “O səs Türkiyə” yarışmasının daha bir azərbaycanlı qatılıb.

Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Azərbaycanda da kifayət qədər tanınan müğənni Zemfira İbrahimovadır. Müğənni yarışmada Kibariyenin “Yastayım” mahnısını ifa edib.

Zemfira İbrahimovanın səsinə münsiflərdən Murad Boz, Hadisə, Gökhan və Hakan qardaşları dönüblər. Zemfira isə öz seçimini Gökhan və Hakan qardaşlarında edərək yarışmanı onların qrupunda davam etdirmək istədiyini açıqlayıb. 

Qeyd edək ki, ifaçı sonda Azərbaycan mahnısı- “Bu ayrılıq nədən oldu?”nu da ifa edib.

Şərhlər