"Kurtlar Vadisi Pusu"nun aktyoru vəfat etdi

23.11.2015 13:09     Artreaksiya     2473

"Kurtlar Vadisi Pusu" serialında Süha Tarık obrazını canlandıran aktyor İsmayıl Aydın vəfat edib.

Reaksiya.az Axşam.az-a istinadən xəbər verir ki, qəfil infarkt keçirən aktyor bu gün səhər dünyasını dəyişib. 

Serial heyəti bununla bağlı sosial şəbəkədə kədərli paylaşımlar ediblər.

Qeyd edək ki, serialda Süha Tarık Ömər Babanın sirrini bilən yeganə insan kimi Polad Alemdarın (Necati Şaşmaz) qarşısına çıxmışdı.

Şərhlər